Ləğv olunmuş bankın müştəriləri nə etsin?


14:14     19 Yanvar 2016 bank%20of%20azerb.jpg

Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edildi.


Bankın ləğvində əsas səbəb kimi o göstərildi ki, bank kreditorlar qarşısında öhdəliklərini icra edə bilmir.

Bank dünən verilən qərarla faktiki olaraq, ləğv olundu.

Sual yaranır:

Sözü gedən bankın əmanətçilərinin taleyi necə olacaq?

Mövzu ilə bağlı Femida.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramlı bildirdi ki, müştərilərin məhkəməyə üz tutmasına ehtiyac yoxdur:

““Bank of Azerbaijan” ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştəriləri nə etməlidir? Əvvəlla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar, çünki Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil. Eyni zamanda “Bank of Azerbaijan” bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcyi halda fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın “Bank of Azerbaijan” ASC-nin ləğvi prosesinə məsul olan banklar ilə əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 4460