ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - Gələn il yanvarın 1-dən... VİDEO


09:28     02 Avqust 2022 22_08_02_1659417070.jpg

Artıq xeyli vaxtdır ki, istər marketlərdə, istərsə də digər əksər alış-veriş zamanı alıcılara əlavə dəyər vergisinin bir hissəsi geri qaytarılır. Nağdsız ödənişlər zamanı alıcılar ƏDV-nin 15%-ni, nağd alışlar zamanı isə 10%-ni geri alırlar. Ancaq vergilər məcəlləsinə təklif edilən yeni qaydalara əsasən nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılan ədv məbləği artırılacaq. Hər 100 manatlıq alışda nə qədər artımdan söhbət gedir?

Nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ədv faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ədv qaytarılacaq.

Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb. Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Bundan əlavə, təkliflərdə tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması da nəzərdə tutulur.





Açar sözlər:

Oxunub: 663