Maaşlar ARTIRILIR: Kimdə nə qədər artacaq? AÇIQLAMA
10:59 22 Avqust 2022
"Gəlirlər artdığı üçün büdcəyə yenidən baxılıb. Eyni zamanda dövlət büdcəsində əməkhaqlarının artımı nəzərdə tutulub”.
Femida.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, hökumət xüsusilə aztəminatlı ailələrin inflyasiyadan çox təsirlənməməsi üçün addımlar atacaq. Onlardan biri də sosial paketin qəbuldir: "Proqnozlaşdırılan inflyasiya mövcuddur və əməkhaqlarının artımında nəzərə alınıb. Xüsusilə təqaüdçülər, pensiya alanlar, həssas kateqoriyadan olan insanlara inflyasiya təsir etməsin deyə məsələ daim diqqətdə saxlanılır və əməkhaqları artırılır. Bildiyiniz kimi 2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılanda Ukrayna-Rusiya müharibəsi yox idi. Ona görə də müharibənin olacağı və təsirləri nəzərə alınmamışdı. Elə məhsullar var ki, ölkəmizin daxili tələbatını ödəyə bilmir və onu məcburən digər ölkələrdən alırıq. Bu da yüksək iflyasiyanın ölkəyə daxil olmasını göstərir. Dövlət tərəfindən subsidiyların, güzəştli kreditlərin verilməsi, sahibkarlara dəstək olunması, eyni zamanda digər güzəştlər inflyasiyanın təsirini azaldan amillərdir. Proqnozlaşdırılan inflyasiyanın təsirlərini aradan qaldırəlması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub”.
A.Hüseynov "aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrə yenidən 190 manatlıq yardım verilə bilərmi" sualını belə cavablandırıb:
"Pandemiya dövründə verilən 190 manatla bağlı məsələnin mahiyyəti bir az fərqli idi. Karantin dövründə iş yerləri bağlı olduğu, əhalin heç yerdən gəliri olmadığı üçün aztəminatlı ailələrə 190 manta məbləğində maddi yardım edildi. Həmin vaxt iqtisadi fəallıq özü də aşağı idi. Ona görə də dövlət bu sosial paketi həyata keçirdi. Hazırda əhalinin həssas təbəqəsi üçün başqa formada dəstək nəzərdə tutulur”.
Oxunub: 547
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"