Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib


19:22     06 Sentyabr 2022 22_09_06_1662477784.jpg

Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Habelə, Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Bundan başqa, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.

Xatırladaq ki, bundan əvvəl ,Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Açar sözlər:

Oxunub: 584