Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO


12:13     14 Sentyabr 2022 22_09_14_1663143256.jpg

“Səhər qardaşıma zəng etdim, telefonu başqası açdı. Bir kəlmə dedi ki, qardaşının qisasını almışıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOS kəndində valideyn himayəsindən məhrum böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat ediblər və qardaşlar SOS kəndində böyüyüblər:

“Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Hər zaman dediyini edərdi. Üç gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. 13-ü zəng elədim, artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq”.


Sənan Əhmədov deyir ki, qardaşı hərbçi yoldaşının qabağına keçərək şəhid olub:

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
“Qardaşımı gözümlə görməmiş inanmadım odur. Onu götürməyə gedənə qədər dua edirdim ki, yalan olsun. Arzusu var idi ki, evi olsun, ailəsi olsun. Çox sıxılırdı ki, bu məsələləri yoluna qoya bilmir. Mənə deyirdi ki, qardaş, məni nə vaxt evləndirəcəksən? Qardaşımın bədəninə 14 güllə dəyib. Hərbçi yoldaşının qabağına keçərək şəhid olub”.

Qeyd edək ki, Səbuhi Əhmədov Vətən müharibəsində iştirak edib, dörd medalla təltif olunub.




Açar sözlər:

Oxunub: 1223