Bakıda faciə: Ölənlər var
19:18 23 Sentyabr 2022
Bakıda yük avtomobili Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Zabrat-Maştağa yolunda qeydə alınıb.
Belə ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.Mikayılova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Oxunub: 4465
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb