Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"


11:16     24 Sentyabr 2022 22_09_24_1664003806.jpg

"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur".

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 1487