Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
12:24 27 Sentyabr 2022
Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.
Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hava limanında 3 Şri-Lanka vətəndaşı saxlanılıb. Məlum olub ki, onlar həmyerliləri, 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, sentyabrın 21-də gecə saat 23 radələrində Şri-Lanka vətəndaşları-1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige D.Pathiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
26 yaşlı Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 3905
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş