Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib


12:26     30 Sentyabr 2022 22_09_30_1664526409.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib.

Femida.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Açar sözlər:

Oxunub: 6447