Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb


09:58     02 Oktyabr 2022 22_10_02_1664688095.jpg

Yevlax rayonunda 17 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb.

Hadisə rayonun Aşağı Qarxun kəndində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan Yevlax rayon Aşağı Qarxun kənd sakini, 2005-ci il təvəllüdlü R.Hüseynovu avtomobil vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 6422