Bütün meymunları öldürən virus aşkarlanıb


10:22     02 Oktyabr 2022 22_10_02_1664688175.jpg

Alimlər Afrika meymunlarında mövcud olan və növbəti pandemiya təhlükəsini yarada biləcək virus aşkarladıqlarından qorxurlar.

Femida.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Hemorragik qızdırma virusu (SHFV) daxili qanaxma da daxil olmaqla dağıdıcı Ebolaya bənzər simptomlara səbəb olur və yoluxduğu demək olar ki, bütün primatları öldürür.

Virus immunitet sisteminə hücum edərək əsas müdafiə mexanizmlərini söndürür və bədən hüceyrəsini məhv edir.

İndiyə qədər insanların virusa yoluxması aşkar edilməyib, lakin amerikalı tədqiqatçıların fikrincə, virus yayılmağa hazırdır.

Laboratoriya tədqiqatlarında virusun insan reseptorlarına asanlıqla qoşula və öz surətlərini yaratmağa qadir olduğunu aşkar ediblər.

Açar sözlər:

Oxunub: 11584