Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”


09:25     20 Oktyabr 2022 22_10_20_1666239949.jpg

“Bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.

Femida.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”-deyə, o bildirib.

Onun sözlərinə görə, 19 oktyabr tarixində Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.

Açar sözlər:

Oxunub: 27417