Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub


09:55     25 Oktyabr 2022 22_10_25_1666675359.jpg

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.

Açar sözlər:

Oxunub: 25154