“83 erməni hərbçisi öldürülüb” - Müdafiə Nazirliyi


16:06     21 Yanvar 2016 ermeni%20herbgicileri.jpg

Müdafiə Nazirliyi keçən il ölən erməni hərbçiləri ilə bağlı məlumat yayıb.


Femida.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrin ümumilikdə guya 57 nəfər itki verməsi ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.

Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən, düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.

Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası:





Məlumatda əlavə olaraq bildirilib: “Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.

Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.

Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 1089


Oxşar xəbərlər