İlham Əliyev TOTAL-ın direktoru ilə görüşdü


19:11     22 Yanvar 2016 1453459685.jpg

Yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.


Femida.az xəbər verir ki, görüşdə Azərbaycanla TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 658