Rusiyanın daha bir təyyarəsi vuruldu? - Açıqlama


03:37     23 Yanvar 2016 700x4001.jpg

Rusiyanın Müdafiə Nazirliyi bu gün Suriya ilə Türkiyənin sərhədində bu ölkəyə məxsus daha bir təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib.


Bu barədə nazirliyin rəsmisi İqor Konaşenkov açıqlama verib. O, təyyarənin vurulması ilə bağlı məlumatların yalnış olduğunu diqqətə çatdırıb.

`Bu xəbərlər tamamilə uydurmadır. Suriyada terrorçuların infrastrukturunun məhv edilməsi tapşırıqlarını yerinə yetirən bütün təyyarələrimiz aviabazaya qayıdıblar`.

Açar sözlər:

Oxunub: 625