Şad xəbər: Neftimiz bahalaşdı


15:50     23 Yanvar 2016 neft%20qiymet.jpg

Azərbaycan nefti bahalaşıb.


Femida.az xəbər verir ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,59 dollar, yaxud 8,50% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,06 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 2405