Nüsrət Kəsəmənlinin oğlu: “Bu yazını yazan utansın”


18:48     23 Yanvar 2016 1405021_1006200002779576_1567148581250362550_o.jpg

“Nüsrət Kəsəmənlinin ot basmış tənha qəbri” başlığı altında mətbuatda gedən yazılara şairin oğlu Rəşad Kəsəmənlidən reaksiya gəlib.

Rəşad Kəsəmənli Femida.az -a açıqlamasında bir il əvvəl yazılan bir yazının yenidən paylaşılmasını qəsdən atılmış bir addım kimi qiymətləndirib. Rəşad Kəsəmənli bütün bunların uydurma bir xəbər olduğunu qeyd etdi:

“Bu yazını yazan insan utansın. Keçən il yazılan boş bir yazını niyə təkrar verirlər? Əgər bizim yaxşılığımıza yazılan yazı idisə, bizi müdafiə edən insanların cavablarını niyə vermirdiniz? Məqalə qəsdən təhrif olunub. Allah şahiddir ki, oranın tikanlarını əlimizlə təmizləyəndə anamın əlini tikanlar parçalamışdı. Atamın məzarında sonuncu dəfə ad günündə olmuşuq. Anam dizlərini yerə qoyub, əlləri ilə oranı təmizləyib.
Biz ömrü boyu halal çörək yeyən ailə olmuşuq. Anam 40 ildən artıqdır ki, jurnalistika kafedrasında baş müəllimədir. Mən bilirəm ki, bunların niyyəti nədir. Jurnalist elə yazmalıdır ki, əlavə suala ehtiyac qalmasın. Əgər sən peşəkar jurnalistsənsə, elə yazmalısan ki, oxucuya qaranlıq məqam qalmasın. Bu yazı cəfəngiyyatdan başqa bir şey deyil. Məqsəd bizi gözdən salmaqdır. Atam sağlığında həmin yazını yazan şəxsə çox kömək edib. İndi bizə qarşı istifadə edirlər. Allah özü hər şeyi görür. Heç bir şeyə nail ola bilməyəcəklər.”

Xatırladaq ki, mətbuatda gedən yazıda qeyd edilib ki, böyük şairimiz Nüsrət Kəsəmənlinin qəbrinin üzərini ot basıb və yaxınları onu ziyarətə getmirlər.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 9866