Universitetdəki cinayətlə bağlı DİN-dən açıqlama


18:00     25 Yanvar 2016 ogurluq%20basqin.jpg

Dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir


Daxili İşlər Nazirliyi Bakıda universitetdə baş verən oğurluqla bağlı məlumat yayıb.

Femida.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

****

Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.

Femida.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.

Açar sözlər:

Oxunub: 1548


Oxşar xəbərlər