Neftin qiymətində artım davam edəcəkmi?


14:49     01 Fevral 2016 neft%20qalxir0.jpg

“Ola bilsin, qiymət 40 dollara qədər qalxsın”.


Bu sözləri Femida.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O, bildirdi ki, fevral ayının ikinci yarısından etibarən neftin qiymətində azalma müşahidə olunacaq:

“Son bir həftəyə nəzər salsaq, neftin qiymətində olan artımı hiss edə bilərik. Bu, bir sıra faktorlarla səciyyələnir. Dünyanın ən böyük neft hasilatçıları olan Rusiya və Səudiyyə Ərəbistanı önəmli mesajlar verib. Bu iki dövlət digər neft istehsalçılarına neft hasilatının azaldılmasını təklif etdi. Ola bilsin, neftin qiyməti 40 dollara qədər qalxsın. Məhz, birjalarda səslənən bəyanatların ardından neftin qiyməti bu həddə qədər çıxa bilər. Yaxın vaxtlarda İran nefti dünya bazarına çıxacaq. Sözsüz ki, bu neftin qiymətinə neqativ təsir edəcək. Nəticədə, fevral ayının ortalarından etibarən neftin qiymətində azalma müşahidə oluna bilər”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1462