Cəlal Əliyevlə vida mərasimi keçirilir - FOTO


18:08     01 Fevral 2016 celal%20eliyev%20vida2.jpg

Akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.


Femida.az-ın məlumatına görə, akademikin cənazəsi vida mərasiminin keçiriləcəyi AMEA-nın əsas binasının "Dairəvi zalı"na gətirilib. Vida mərasimində prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, prezident administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, prezident administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Baş nazirin müavinləri Əli Əhmədov və İsmət Abbasov, Fövqəladə Hallar Naziri Kəmallədin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Səəhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edir.


Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1810