Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı təsdiqləndi


15:52     02 Fevral 2016 artroscopy.jpg

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib.


Femida.az-ın xəbərinə görə, Tədbirlər Proqramının məqsədi Azərbaycanda vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır. Proqramın vəzifələri vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi, əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsidir.

Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: Xəstəlik hallarının erkən aşkar edilməsi, aşkar edilmiş xəstələri vaxtında müalicəyə cəlb etməklə sağalma səviyyəsinin yüksəldilməsi, tibb müəssisələrində epidemiya əleyhinə tədbirləri gücləndirməklə xəstəxanadaxili yoluxmaların qarşısının alınması, vərəmli xəstələrin qeydiyyatının yaxşılaşdırılması.

Femida.az

Açar sözlər:

Oxunub: 1126


Oxşar xəbərlər