Maşın ağaca çırpıldı - Sürücü yaralandı


13:49     04 Fevral 2016 img1581140.jpg

Bakı şəhərinin Xətai rayonunda Lada markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:45-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1063