“Dövləti kürdləşdirir, kürdləri də dövlətləşdirirəm” – Öcalandan sensasion iddia


18:44     04 Fevral 2016 ocalannn7.jpg


HDP liderləri ilə PKK rəhbəri Öcalanın 2013-cü ildə İmralıda baş tutmuş görüşü kitab şəklində çapdan çıxacaq. Kitabda Öcalanla HDP liderlərinin həmin görüş zamanı səsləndirdiyi fikirlərin yer aldığı bildirilir.

Sözügedən kitabdan bəzi hissələr mətbuata sızıb.

Mətbuatda yayılmış hissələrdə Öcalanla HDP liderləri Səlahəddin Dəmirtaş və Pərvin Buldanın dialoq şəklində nitqləri yer alıb.

Dialoqlarda Öcalan çox sensasion fikirlər söyləyib. O, Türkiyənin gələcəkdə bir kürd dövlətinə çevriləcəyinə inandığını bildirib:

“Dövlətə inanmayın. Mən yeni bir dövlət inşa edirəm. Kürdlər də həmin dövlətin inşasında iştirak edəcək. Yəni saxta kürd dövlətindənsə, bu daha yaxşı ideyadır. Amma bunun üçün özünüzü hazırlayın. Dövləti kürdləşdirir, kürdləri də dövlətləşdirirəm”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2219


Oxşar xəbərlər