Manatın avroya nisbətdə möhkəmlənməsi davam edir


14:53     02 İyun 2015 mn4DI2cA.jpg


Bu gün iyunun 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.

"Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0496 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2% ucuzlaşaraq 1,1470 manat olub.

Açar sözlər:

Oxunub: 637