Egeydə daha bir miqrant faciəsi: 35 ölü


23:39     08 Fevral 2016 miqrant.PNG

Egey dənizində baş verən iki hadisə zamanı ümumilikdə 35 nəfər miqrant həyatını itirib.


Femida.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, İzmirin Dikili mahalının sahillərində 11, Balıkesirin Ayvalık mahalının sahillərində isə 24 miqrantın cəsədi tapılıb.

Bu dəfə dəfə də qeyri-qanuni yollarla Yunanıstanın Midiya adasına keçmək istəyən miqrantları daşıyan gəmi batıb. Ölən şəxslərin əksəriyyəti suriyalı imiş.

Aparılan axtarış tədbirləri zamanı 4 nəfər xilas edilib, içərisində çoxlu sayda uşaq olan 24 nəfərin isə cəsədi tapılıb.

Bölgədəki axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 929


Oxşar xəbərlər