Sahil metrosundan oturacaqlar niyə götürülüb?


20:25     02 İyun 2015 img1827230%20(1).jpg

Artıq bir neçə gündür metronun “Sahil” stansiyasındakı oturacaqlar yerindən çıxarılıb. Sərnişinlər bunun nə ilə bağlı olduğunu bilmirlər.


Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq.

Xidmətin rəhbəri Nəsimi Paşayev açıqlamasında bunu təhlükəsizlik tədbirləri ilə izah etdi: “Metronun “Sahil” stansiyasındakı oturcaqlar Avropa Oyunları çərçivəsində təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə yığışdırılıb”.

O, həmçinin bildirdi ki, həmin oturacaqlar bir müddət sonra yerlərinə qaytarılacaq: “Digər stansiyalarda yox, məhz “Sahil” stansiyasında oturacaqların sökülməsi sırf təhlükəsizliklə bağlı məsələdir. Bir müddət sonra oturacaqlar yenidən bərpa olunacaq”.

Təhlükənin konkret nədən ibarət olduğuna gəlincə, N.Paşayev vurğuladı ki, bunu elə təhlükəsizlilk məsələsi ilə bağlı olduğuna görə açıqlaya bilməz.

Yeri gəlmişkən, “Sahil”dən fərqli olaraq metronun əvvəllər oturacaqları olan digər stansiyalarında heç bir dəyişiklik yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 659