Aeroportda dörd xarici vətəndaş saxlanıldı


16:14     12 Fevral 2016 1455264223.jpg

Azərbaycan dövlət sərhədini saxta sənədlərlə keçməyə cəhd edən əcnəbilər saxlanılıb.


Dövlət Sərhəd Xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 9-da həyata keçirilən tədbir nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli İstanbul-Bakı aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.

Onlar müvafiq araşdırma aparıldıqdan sonra 10 fevral 2016-cı il tarixdə Bakı-İstanbul reysi ilə geri qaytarılıblar.

Açar sözlər:

Oxunub: 811