Qripdən 388 nəfər öldü


21:45     13 Fevral 2016 deefee2fc483a378c2041c3f5a550b36.jpg

Rusiyada 388 nəfər qrip virusundan dünyasını dəyişib.


Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Oleq Salaqay məlumat verib.

Həmin şəxslərin hamısının qripin ağırlaşması nəticəsində öldüyünü deyən qurum rəsmisinin sözlərinə görə, artıq epidemiyanın pik dövrü keçib gedib.

Daha əvvəl nazirlik Rusiyanın 59 şəhərində qrip epidemiyasının yayılması ilə bağlı məlumat yaymışdı. Artıq ötən həftələrlə müqayisədə virusa yoluxma hallarının 8,7% azaldığı deyilirdi.

Açar sözlər:

Oxunub: 1096


Oxşar xəbərlər