İlham Əliyev serbiyalı həmkarını təbrik etdi


23:08     13 Fevral 2016 eliyev1641.jpg

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - məktubda qeyd edilib.

Açar sözlər:

Oxunub: 754