“Davudoğlu düzgün vurğulayıb” – Politoloq


19:19     16 Fevral 2016 davud4.jpg

“Postsovet məkanındakı münaqişələr Rusiyanın birbaşa rəhbərliyi ilə məqsədli şəkildə yaradılıb”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq bildirdi ki, istər Ukraynada, istər Gürcüstanda, istərsə də Azəraycanda yaradılmış münaqişə ocaqlarının əsas səbəbkarı Rusiyadır:

“Postsovet məkanındakı münaqişələrin kökündə Rusiya amili dayanır. Davudoğlunun sözünə də bu baxımdan haqq qazandırmaq olar. Ukraynada, Gürcüstanda, Azərbaycanda münaqişə ocağı yaratmaqla Rusiya öz məqsədlərini həyata keçirirdi”.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti qalmaqala yol açıb. Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib.

“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: Gürcüstan, Suriya və Ukrayna. Ermənistana verdiyi dəstəkdən dolayı Azərbaycanın da ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır”,-deyə baş nazir bildirib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1237


Oxşar xəbərlər