İclasdakı narazılıq xəbərinə FHN-dən reaksiya


21:40     16 Fevral 2016 e075b26076ccdf05ef1b750c63f07d6598.jpg

Bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı yanlış olaraq sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səsləndiyi qeyd olunur.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, ölkə prezidentinin tapşırığına uyğun olaraq bu gün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb və ya hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib. Görüş qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında keçirilib.

“Bununla bağlı bir daha kütləvi informasiya vasitələrini diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq”, - məlumatda deyilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1112


Oxşar xəbərlər