İlham Əliyev Tovuza gedib


23:28     16 Fevral 2016 ilham%20eliyev50.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.


Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1021