Əmisinin 96 baş qoyununu oğurladı


13:01     18 Fevral 2016 404027.jpg

Bərdədə 96 baş qoyunu oğurlayan dəstə saxlanılıb. Məlum olub ki, hadisənin təşkilatçısı zərərçəkənin qardaşı oğludur.


Əmisinin 96 baş qoyunu oğurladı. 15 gün əvvəl Bərdənin Hacallı kənd sakini Famil Musayevə məxsus fermadan 96 baş xırdabuynuzlu heyvan oğurlanmışdı. Ancaq qoyunlar 57-si hadisədən 3 gün sonra Ağcabədinin Qaravəlli kəndindəki otlaq sahəsindən tapılıraq sahibinə təhvil verilmişdi. Araşdırmanı davam etdirən polis şübhəliləri saxlayıb.

Məlum olub ki, Namiq Musayev zərərçəkənin qardaşı oğludur və oğurluğu da məhz o təşkil edib. Namiq Musayev əmisi oğlu ilə ədavəti olduğunu, bu səbəbdən də əmisinin heyvanlarını oğurladığını deyib. Ancaq qoyunları satmaq üçün oğurlasalar da, sonradan fikirlərini dəyişdirib və çöllük əraziyə buraxıblar.

Faktla bağlı cinayət işi başlanılıb, onların digər cinayətlərdə də əllərinin olub-olmaması araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 662