Nazirlikdən Baş Prokurorluğa müraciət
16:07 18 Fevral 2016
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Bakıda və respublikanın digər bölgələrində bir sıra hallarda keyfiyyətsiz baytarlıq preparatlarının satıldığı aşkarlanıb.
KTN-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, DBNX və onun yerli qurumlarının mütəxəssisləri “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə mənşəyi və keyfiyyəti şübhə doğurduğuna görə Bakı şəhəri Nəsimi rayonu, R. Cavadxan küçəsi, 1, mənzil 62 ünvanında və Quba şəhəri, 22-ci məhəllədəki ticarət bazarında yerləşən baytarlıq apteklərindən “Qelmisid” qranula antihelmintik baytarlıq preparatından nümunə götürərək rəy üçün KTN-nin Baytarlıq Elmi-Tədqiqat İnstitutuna göndərib. Məlumatda bildirilib ki, ekspertiza zamanı həmin baytarlıq preparatlarının saxta olması müəyyənləşib.
Qeyd olunub ki, Yevlax rayonu Cavadxan küçəsi, 37 ünvanında yerləşən anbarda saxlanılan 23 adda 700 kq-dan çox baytarlıq preparatlarının 400 kq-dan çoxunun istifadə müddətinin bitdiyi, qeydiyyatdan keçirilmədiyi üçün Xaldan kəndi ərazisindəki baytarlıq aptekindən 8 adda baytarlıq preparatları, S. Ruhulla küçəsi, 37 ünvanında yerləşən baytarlıq preparatlarının saxlanıldığı anbarda saxlanılan və rayondakı həmin kənddə fəaliyyət göstərən baytarlıq aptekində isə 31 adda baytarlıq preparatlarının satışı dayandırılıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.
Bildiririk ki, keyfiyyətsiz baytarlıq preparatlarından istifadə xırdabuynuzlu və iribuynuzlu heyvanlar arasında tələfat hallarının baş verməsinə səbəb olur.
Oxunub: 900
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB