170 minlik rüşvət, oğlunun başını kəsən ata - Ən səs-küylü HÜQUQ XƏBƏRLƏRİ


15:12     20 Fevral 2016 rusvet.jpg

Həftə ərzində hansı hadisələr baş verib? Hansı hüquq xəbərləri oxucular arasında geniş müzakirələrə səbəb oldu?


Femida.az həftənin önə çıxan hüquq xəbərlərini oxuculara təqdim edir:

DTX-nın yeni vəzifələri - FƏRMAN



Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərə, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə bu barədə məlumatlar 3 gün müddətində Dövlət Təhlükəsizlik Xidmətinə təqdim olunmalıdır.


****

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Prezidentin verdiyi fərmana əsasən, İXM-də bir sıra mühüm dəyişikliklər edildi.

****

Xüsusi Dövlət Mühafizə Xidməti ilə bağlı DƏYİŞİKLİK

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman verib.

****

86 minlik korrupsiya FAKTI

Baş Prokurorluq “Bakı Şərab-1” ASC-nin müraciəti əsasında cinayət işinin başlanması ilə bağlı məlumat yayıb.

*****

Ata 6 yaşlı oğlunun başını kəsdi – Beyləqanda



Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


*****

170 minlik rüşvətlə bağlı RƏSMİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib:

“Məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Bildiririk ki, Səfər İmanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1 noyabr 2015-ci ildə fəaliyyətini dayandırıb”.


*****

Dünya çempionu hərbi xidmətdən yayınıb? - AÇIQLAMA

Mətbuatda Poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyevin hərbi xidmətdən yayınması ilə bağlı məlumat yayılıb.



Məlumatda qeyd olunub ki, 14 iyun 1988- ci il doğumlu Beyləqan rayon sakini Vəliyev Ceyhun Malik oğlu dəfələrlə Beyləqan hərbi komissarlığı tərəfindən əsgəri xidmətə çağırılsa da, bu ciddi məsələdən müxtəlif bəhanələrlə yayınmağa müvəffəq olub.

*****

İki yeniyetmə itkin düşüb

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı bu il yanvarın 11-də Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə yanvarın 23-də Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

****

Məşhur restoran əxlaqsızlıq yuvası imiş
Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında əməliyyat keçirilib.



Əldə etdiyimiz məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması müəyyən edilib. Əməliyyat zamanı həmin restoranın Ağcabədi rayon sakini 1988-ci il təvəllüdlü Rəşad Əliyev tərəfindən işlədildiyi müəyyənləşdirilib.


****

Yeni cərimə: 2500 manat

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

Vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər - 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4610