Neftimiz ucuzlaşdı


15:46     20 Fevral 2016 1452143260_kachalka-neft-oil0.jpg

Azərbaycan nefti yenidən ucuzlaşıb.


Femida.az xəbər verir ki, ötən gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 4,34% azalaraq 33,26 dollar təşkil edib.

Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Dünya bazarlarında “Brent” markalı neft 1 dollara yaxın ucuzlaşaraq 33.01 dollara geriləyib.

“WTI” markalı neftin qiymətində də 1 dollara yaxın ucuzlaşma olub. Dünən səhər 30.40 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 29.64 dollar təşkil edir.

Açar sözlər:

Oxunub: 1110