“Bakı-2015”in mobil versiyası hazırlandı


14:07     04 İyun 2015 14333540074712640826_750x500.jpg

“Bakı-2015” çoxsaylı mükafat qazanmış alov veb-səhifəsinin uğurunun davamı olaraq həmin saytın mobil versiyasını hazırlayıb.

Femida.az-ın məlumatına görə, yeni mobil versiya həm Azərbaycan, həm də ingilis dillərində fəaliyyət göstərir. Saytda birinci Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar yerləşdiriləcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin ediləcək. Yeni versiyanı iOS, Android, Windows Phone platformalarından yükləmək mümkündür.

İstifadəçilər mobil versiya vasitəsilə “Bakı-2015”-in bütün yarışlarını canlı izləyə biləcək, obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 mindən çox atlet haqqında geniş məlumat əldə edəcəklər.

Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə göstərən “Bakıda coşqu” veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) versiyada xüsusi sosial media bölməsi kimi təqdim edilir.

Qeyd edək ki, istifadəçiləri Avropa Oyunlarının təntənəli məşəl estafetinə, virtual alov səyahətinə dəvət edən “Bakı-2015”in ən müasir alov veb-saytı (flame.baku2015.com) fəaliyyət göstərdiyi aprelin 26-dan etibarən üç mükafat qazanıb. “Dünyada ən yaxşı veb dizaynerlərinin, tərtibatçıların və agentliklərin istedad və səyini tanımağa” çalışan “Awards”ın münsiflər heyəti səhifəni mayın 30-da günün saytı adlandırıblar. “Awards” rəqəmsal dünyada iki ən mühüm yeniliklərdən biri hesab olunur və alov saytı bu ilin sonunda “Dünyada ən yaxşı 365 veb-sayt” illik nəşrinə daxil ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 699