Dollar yenə ucuzlaşdı


13:49     22 Fevral 2016 manat_dollar_02419.jpg

Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi fevralın 19-u ilə müqayisədə bir qədər də azalaraq 1,5604 AZN olub.


Femida.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar bu gün 0,0031 manat ucuz satılacaq. Belə ki, fevralın 19-da dolların məzənnəsi 1,5635 manat idi.

Avrozonanın vahid valyutası da bu gün manata nisbətdə dəyər itirib. Belə ki, bu gün avro 1,7336 manatdan satılacaq.

Qeyd edək ki, fevralın 19-da avro 1,7395 manatdan satılıb.

Açar sözlər:

Oxunub: 1000