Azyaşlının köməyinə FHN gəldi


21:00     22 Fevral 2016 fhn%20bagli%20qapi.jpg

Bakıda azyaşlı bağlı qapılar arxasında qalıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmia saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:47-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 946