İki rayonda yanğın baş verib


12:54     23 Fevral 2016 yangin%20ot2.jpg

Şəmkir və Xaçmaz rayonlarında yanğın hadisələri qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Şəmkir rayonu, Çinarlı qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m və dam örtüyü 20 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Açar sözlər:

Oxunub: 800