Dələduzluqda təqsirləndirlən şəxsə 10 İL HƏBS


19:06     24 Fevral 2016 hebs86.jpg



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1962-ci ilə təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az -ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. V. Məmmədov 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, keçən il iyul ayından Cinayət Məcəlləsinin 178.3.2- (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.

O, Bakı şəhər sakinlərinin etibarından sui-istifadə edərək dələduzluq edib.(lent.az)

Açar sözlər:

Oxunub: 1144