388 bələdiyyə sədri məsuliyyətə cəlb olundu


17:47     26 Fevral 2016 mesuliyyet.jpg

Pozuntulara yol verən 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.


Femida.az xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin illik hesabatında qeyd edilib.

Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

Pozuntulara yol verən 388 bələdiyyə sədri isə inzibati məsuliyyətə cəlb edilib. Aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.

İcra məmurlarının öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olub. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti də hüquqların pozulması ilə nəticələnib.

Eyni zamanda, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlara görə 35 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si ədliyyə orqanlarından çıxarılıb, 3 nəfər isə tutduğu vəzifəsindən azad olunub.

Açar sözlər:

Oxunub: 977


Oxşar xəbərlər