“Yayılan məlumatlar əsassızdır” - Komitə təkzib etdi


20:19     26 Fevral 2016 dovlet_gomruk_komitesi_04190.jpg

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hidayətov Əhliman Əli oğlunun gömrük əməkdaşları tərəfindən onun oğluna qarşı qeyri-qanuni hərəkətə yol verildiyi barədə videomüraciətə münasibət bildirib.


Komitənin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Əhliman Hidayətovun oğlu Ziya Hidayətov Rusiyadan kommersiya məqsədi ilə gətirdiyi 100 kq sap yükü üçün hesablanmış gömrük ödənişlərini ödəməkdən imtina etdiyinə görə yük müvəqqəti saxlanca götürülüb. Sonradan onun müraciəti əsasında həmin yük gömrük rəsmiləşdirilməsindən keçirilib və vətəndaş 78 manat 44 qəpik gömrük ödənişləri ödəyərək yükü təhvil alıb.

Əhliman Hidayətovun DGK-ya daxil olmuş müraciətləri araşdırılıb, yükün qanuna müvafiq şəkildə gömrük ödənişlərinə cəlb edildiyi və oğlundan əlavə pul alınmadığı barədə araşdırmanın nəticəsinə dair ona yazılı məlumat verilib. O, DGK sədri tərəfindən də qəbul edilib və müraciətlərinin araşdırılmasının nəticəsi ona ətraflı izah edilib.

Eləcə də videomüraciətdə fərqinə varmadan vətəndaş Hidayətov Əhliman onun müraciətlərinə baxılmadığı və cavab verilmədiyi kimi iddiasını DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisinin məktubunu nümayiş etdirməklə təkzib edir. Həmçinin, cəmi 100 kq sap üçün oğlundan nə az, nə çox 660 manat pul alınması barədə iddiası isə tamamilə əsassızdır.

Açar sözlər:

Oxunub: 1230


Oxşar xəbərlər