Xocalı qətliamının ilk şahidi - Gəncədə


17:56     27 Fevral 2016 007.jpg

Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç Gəncəyə səfər edib.


Femida.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun rəhbərliyi ilə təşkil edilən səfərdə ukraynalı pilot ilk öncə Nizami Gəncəvi məqbərəsini ziyarət edib.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə gələn qonaq burada xatirə kitabına ürək sözlərini yazıb.

Femida.az- a açıqlama verən Markoviç, 24 il sonra yenidən Gəncədə olmaqdan məmnun olduğunu deyib. Jurnalist bu səfərin onda böyük təəssürat yaratdığını deyib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qebul edib. Görüşdə qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

Ukraynalı pilotun Gəncəyə səfəri davam edir.

Xatırladaq ki, pilotun Gənc şəhərinə səfəri heç də səbəsiz deyil. O həyat yoldaşı ilə uzun müddət burada yaşayıb və soyqırımı zamanı da Gəncədən Xocalıya gedib.

Miri Məcidli


Açar sözlər:

Oxunub: 2397