Gölün ortasında köməksiz qaldılar


22:12     27 Fevral 2016 deniz6.jpg

Göldə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.


FHN-dən Femida.az-a verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin taxtanın üstündə gölün ortasında qalması və sahilə çıxa bilməməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 1283