Mənzillərə qənim kəsilmiş şəxs tutuldu


19:48     29 Fevral 2016 ogurluq%20hebs3.jpg

Goranboyda oğurluq edən Şəki sakini tutulub


Femida.az xəbər verir ki, Goranboy rayonunda oğurluq edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon sakini Rəddin Məmmədova məxsus evdən 40 manat və 45 ABŞ dolları, habelə 8000 manat dəyərində qızıl və gümüş əşyalar oğurlayan Şəki rayon sakini Elnur Səmədov tutulub.

İstintaq zamanı onun Şəkidə də silsilə oğurluqlar törətdiyi, 3 yaşayış evini qarət etdiyi ortaya çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1160