“İlhamə haqqında elə açıqlama verərəm ki,...” - Flora Kərimova


20:54     02 Mart 2016 BBOfvickKzyih2K11531_nx9y64d551.jpg

Orxan da İlhamədən aldığı tərbiyənin parlaq nümunəsidir.



Femida.az xəbər verir ki, İlhamə Quliyevanın Flora adlı qızı olması barədə mətbuatda məlumat yayılıb. Məsələ ilə bağlı xalq artisti Flora Kərimova ilə əlaqə saxladıq.


Xalq artisti saytımıza açıqlamasında bunları bildirdi:

“ Mən İlhamə haqqında məlumat yığmırdım. O mənim həyatımla maraqlanırdı. Onun yaşadığı isə göz qabağında idi. İlhamə deyirdi ki, mən onun nənəsi yaşındayam.
Bu gün kiməsə reytinq, mövzu lazımdır. Bu söhbətlər məni də yorub.
Öləndən sonra belə məni rahat buraxmır. İndi də öləndən sonra oğlum dediyi nəvəsi məni rahat buraxmır. Orxan da İlhamədən aldığı tərbiyənin parlaq nümunəsidir. Məni cin atına mindirməsin. Onun və “anası” haqqında açıqlamalarım əgər kişidirsə ona baş ucalığı gətirməz. Dayansın! Düşünməsin ki, dediyi sözlərlə mənim xətrimə dəyir. Qoy o öz taleyinin, düşdüyü vəziyyətin hayına qalsın.”

Xatırladaq ki, Orxan Nadirov mətbuata açıqlamasında xalq artisti Flora Kərimova haqqında xoşagəlməz ifadələr işlədib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 16990


Oxşar xəbərlər