Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək


22:55     02 Mart 2016 biznes%20forum.jpg

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Femida.az-a verilən məlumata görə, martın 6-da Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutacaq.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.

Biznes foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 844