Novruzda əfv olacaq? – AÇIQLAMA


15:22     03 Mart 2016 novella9.jpg

“Biz öz siyahımızı hazırlayıb əfv komissiyasına təqdim etmişik”.


Bu sözləri Femida.az-a açıqlamasında İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirdi ki, Novruz bayramında əfv olacağı gözlənilir:

“Biz 23 nəfərdən ibarət siyahını hazırlayıb əfv komissiyasına təqdim etmişik. Yəqin ki, bayram ərəfəsində əfv olacaq, lakin bu haqda hələlik dəqiq məlumat yoxdur”

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv fərmanını 28 dekabr 2015-ci il tarixində imzalayıb və həmin fərmanla 210 nəfər əfv olunmuşdu.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1743